Ukrayna ABŞ-ın Rusiyasız yeni dünya nizamı yaratmaq planlarını açdı


ABŞ prezidenti Co Bayden Rusiyanın "dünya siyasətindən kənara çəkiləcəyi” yeni nizam yaratmaq niyyətindədir.


Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko "Espreso” telekanalının efirində deyib. Onun sözlərinə görə, bir neçə aydan sonra Qərb ölkələrinin liderləri ABŞ-ın təşəbbüsü ilə "demokratiya zirvəsi”nə toplaşacaq, ondan sonra dünya nizamının yeni konsepsiyası formalaşacaq. Rusiya bu konsepsiyaya daxil deyil.

"Düşünürəm ki, tezliklə iki dünya formalaşacaq - güclü sivil ölkələri birləşdirəcək demokratik dünya və 10-15 ölkədən ibarət avtokratik dünya", - Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri deyib.

Oqrızkonun fikrincə, bu qarşıdurmada qələbə dünya demokratik rejiminin olacaq, çünki bu, demokratiyanın tarixi missiyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu