Azərbaycan və Xorvatiya XİN başçıları arasında görüş başlayıb
Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman arasında görüş başlayıb.
C.Bayramov xorvatiyalı həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Sonra nazirlər arasında təkbətək görüş olub.
Hazırda görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilir.