“Access Bank“ Cəlilabadda soyuğunculuq edir


"Access Bank"ın Cəlilabad filialında 1 dollar 1,69 manata satılır. Bu barədə məlumatı müştərilərdən biri məlumat verib.


Müştəri bildirir ki, bu gün səhər bankın Cəlilabad rayon, H.Əliyev prospektində yerləşən filialında ona 1 dolları 1,69 manata satıblar: "Etiraz etdim ki, mərkəzi ofisin kursu belə deyil. Kassada oturan gənc əməkdaş dollar-manat kursunun Bankın mərkəzi ofisində müəyyənləşdirildiyini, filialların da o kursa uyğun fəaliyyət göstərdiklərini bildirdi".

Qeyd edək ki, yerli filiallar və şöbələr mərkəzi ofisin müəyyənləşdirdiyi kurs siyasəti ilə alqı - satqı həyata keçirməlidirlər. Sadə dillə desək "Access Bank"-ın mərkəzi filialında və yaxud da paytaxtda yerləşən şöbələrində qiymət necədirsə, Cəlilabad filialı da o qayda da işləməlidir.

Gəlin "Access Bank"-ın bu günə, yəni 13.10.2021-ci tarixinə olan kursuna baxaq: 1 dollar - 1,6990.

Belə olan halda bankın Cəlilabad filialı niyə 1 dolları 1, 69 manata alır? Yəni hər 100 dollarda 90 qəpik müştərinin cibinə girir.

"Access Bank"-ın Cəlilabad filialında 1 dollar 1,69 manata satılır. Bu barədə məlumatı XezerNews-a müştərilərdən biri məlumat verib.

Müştəri bildirir ki, bu gün səhər bankın Cəlilabad rayon, H.Əliyev prospektində yerləşən filialında ona 1 dolları 1,69 manata satıblar: "Etiraz etdim ki, mərkəzi ofisin kursu belə deyil. Kassada oturan gənc əməkdaş dollar-manat kursunun Bankın mərkəzi ofisində müəyyənləşdirildiyini, filialların da o kursa uyğun fəaliyyət göstərdiklərini bildirdi".

Qeyd edək ki, yerli filiallar və şöbələr mərkəzi ofisin müəyyənləşdirdiyi kurs siyasəti ilə alqı - satqı həyata keçirməlidirlər. Sadə dillə desək "Access Bank"-ın mərkəzi filialında və yaxud da paytaxtda yerləşən şöbələrində qiymət necədirsə, Cəlilabad filialı da o qayda da işləməlidir.

Gəlin "Access Bank"-ın bu günə, yəni 13.10.2021-ci tarixinə olan kursuna baxaq: 1 dollar - 1,6990.

Belə olan halda bankın Cəlilabad filialı niyə 1 dolları 1, 69 manata alır? Yəni hər 100 dollarda 90 qəpik müştərini cibinə girir.

İqtisadçı ekspert Qadir İbrahimli XezerNews-a bildirib ki, yerli şöbə və filiallar yalnız mərkəzi ofisin qoyduğu kursla hərəkət etməlidirlər: " Əks təqdirdə bu bank qanunvericiliyinə ziddir".

Bu barədə Access Bank-ın mərkəzi ofisi ilə əlaqə saxlamaq istədik. Uzun zənglərimizə baxmayaraq cavab verən olmadı.(XezerNews)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu