Türkiyə sərhədlərini İran yük maşınları üçün bağladı
Türkiyə və İran arasındakı Dilucu, Gürbulak, Kapıköy və Esendere sərhəd-keçid məntəqələrinin bağlandığı bildirilir.
Bu barədə Türkiyə məxsus "Telegram" kanalları məlumat yayıblar.
Bildirilib ki, sərhəd-keçid məntəqələrinin bağlanmasına səbəb koronavirusun yayılması göstərilib.
Qeyd edilib ki, İrandan gələn yük maşınları dörd sərhəd-keçid məntəqəsindən Türkiyə ərazisinə buraxılmayıb.
Xatırladaq ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı.
Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.