Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.
APA "Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.