Saakaşvili Gürcüstanda saxlanılıb
![](/uploads/posts/2021-10/1633107616_93ce8c06-30ea-4c8f-bb7c-4e2302d5d476_850.jpg)
"Mixeil Saakaşvili saxlanılıb".
Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.
İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.(Report)