Səyyad Əlizadə vəfat edib

Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.
Bu barədə onun qohumu Razim Qarayev məlumat verib.
Qeyd edək ki, S.Əlizadə bir müddət idi koronavirusdan müalicə alırdı. Son günlər vəziyyətinin ağırlaşması ilə əlaqədar Gömrük Hospitalına köçürülmüşdü.