Azərbaycanda daha 774 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu