Niyazi Eminov koronavirusdan sağaldı


Bir müddətdir koronavirusa yoluxmuş tanınmış həkim Niyazi Eminov artıq sağalıb.


Bu barədə həkimin müalicə aldığı Gömrük Hospitalından məlumat verilib. Bildirilib ki, N.Eminov sabah hospitaldan evə buraxılacaq.

Qeyd edək ki, N.Eminov səhhəti ilə bağlı sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb. Onun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. Bu günlərdə isə süni tənəffüs aparatından ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu