Qənirə Paşayeva Türkiyədən gələn sənətçilərlə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türkiyədən gələn sənətçilər – “7-ci koğuşda möcüzə” filminin ssenaristi Kubilay Tat, film istehsalçıları Tan Doğan Muzır, Muhammet Usta və Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç ilə görüşüb.


AFN xəbər verir ki, Q.Paşayeva qardaş ölkələrimiz arasında günbəgün inkişaf edən işbirliyinin bütün əməli fəaliyyət sahələrində olduğu kimi, mədəniyyət sahəsində də yüksək dərəcədə olduğundan məmnunluğunu bildirib.
Görüş iştirakçıları humanitar sahədə əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyini, bununla belə daha böyük işlər üçün də potensialın mövcud olduğunu vurğulayıb.
Mədəniyyət Komitəsində baş tutan görüşdə bu il imzalanmış “Şuşa Bəyannaməsi”ndən irəli gələn vəzifələrin sənət, mədəniyyət xadimlərinin də üzərinə mənəvi məsuliyyət qoyduğu deyilib.
Komitə sədri onu da vurğulayıb ki, müəllifi olduğu “Addım-addım Türkiyə” çoxcildliyinin ilk cildləri artıq çap prosesindədir: “Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam. “Addım-addım Türkiyə”nin siz türkiyəli sənətçi dostları­mızın da xoşuna gələcəyinə ümid edirəm”.
Komitə sədri qardaş ölkə sənətçilərinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Qardaş ölkənin aydınları görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu