Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb
![](/uploads/posts/2021-09/1631713990_qarabag-azerbaycan.jpg)
“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”.
Bunu AFN-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı.