Boksçularımız beynəlxalq yarışda iştirak edəcək


Bu gündən Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.


Azərbaycan Boks Federasiyasından verilən məlumata görə 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.

Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.

Yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu