“Bizim Sufre” “Atalar festivalı”nda


19 avqustda "Moms Union" təşkilatçılığı ilə və “ Bizim Sufre”nin dəstəyi ilə ilk "Atalar festivalı" baş tutub.


Festivalın əsas məqsədi ataların övlad tərbiyyəsi və inkişafına marağını artırmaq və onları bu proseslərdə aktiv iştiraka səsləmək olub. Tədbirdə valideyinlər və uşaqlar üçün xüsusi yoqa və meditasiya guşəsi, təlim və konsultasiya sektoru, yarış və xüsusi maraqlı məhsullardan ibarət stendlər təşkil edilib.
Festivalda valideyinlər üçün ilk dəfə beynəlxalq mütəxəssis tərəfindən uşaq təhlükəsizliyi ilə bağlı təlim keçirilərkən uşaqlara yoqa və meditasiya dərsləri verilib. Həmçinin atalar və uşaqlar üçün xüsusi əyləncəli oyunlar keçirilib. Oyun stendlərindən birində “Bizim Sufre” markasının uşaqlar üçün nəzərdə tutulmuş qatqısız ketçupları ilə ataların maraqlı yarışı baş tutub. Yaşırın qaliblərinə “ Bizim Sufre” məhsullarından ibarət hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Moms Union" artıq 3 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində uşaq inkişafı və sağlamlığı ilə bağlı 5 konfrans (toplamda 1800 iştirakçı), qadın sağlamlığı ilə bağlı 7 seminar ( toplamda 400 iştirakçı) 150.000-dən çox ananı əhatə edən 3 beynəlxalq südvermə layihəsi və “Qadınların peşə inkişafı” ilə bağlı 5 qadına təhsil layihəsi həyata keçirib.

Layihə barədə ətraflı:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu