Türkiyə hərbçilərini Əfqanıstandan çıxarır


Türkiyə Əfqanıstanda xidmət edən hərbçilərini geri qaytarır.


Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin Əfqanıstandan təxliyyəsinə başlanılıb:

“TSK üzərinə düşən bu vəzifənin öhdəsindən də uğurla gələrək vətənə geri dönür. Həmid Kərzai hava limanında baş verən qarşıdurmaya digər ölkə hərbçiləri ilə müdaxilə edilmiş, təhlükısizlik təmin edilmişdir. Bu müddətdə təyyarələrimizlə 1129 nəfər təxliyyə olunub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu