Azərbaycanda vaksin yaradılır
Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanılıb.
Bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı tvitter hesabında yazıb. O qeyd edib ki, artıq bununla bağlı tədqiqatlara start verilib:
“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.