Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist, "Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.
Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.
Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...
Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
Jurnalistikadakı fəaliyyətinə görə, "Tərəqqi” medalı ilə təltif olunub. 2020-ci ildə milli mətbuatın 145 illik yubileyi ilə əlaqədar "Əməkdar jurnalist” fəxri adına layiq görülüb. O, uzun illər idi ki, "Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi...
Allah rəhmət eləsin...