“Bu, bizim üçün üzqarasıdır” - Nazir müavini


“Bu, bizim üçün üzqarasıdır və bizi məyus edən haldır. Qarşısını vaxtında ala bilərdik, heç bir obyektiv səbəb yoxdur”.


Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda Lənkəran rayonunun Haftoni meşəsində ağac kəsintisinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, cəzalar mütləq olacaq: “Araşdırma aparılır. Araşdırma başa çatmadan biz ilkin məlumatları verməyə məcburuq. Nazirliyin əməkdaşları arasında bu işdə təqsirkar olan varsa, nəzarəti düzgün həyata keçirməyən, səhlənkarlıq edən onların əhatə dairəsi müəyyənləşdirilib. Şirkətlə müqavilənin ləğvi istiqamətində hüquqi araşdırmalar başlanılıb. Sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu