Telefon xarabdı, kondinsioner gətirilmədi, servis malı xarab etdi... - "Baku Electronics"dən şikayətlər
"Baku Electronics" mağazalar şəbəkəsindən şikayətlər artır.
AFN xəbər verir ki, sosial şəbəkələrdə İbrahim Kərimov adlı istifadəçi ötən ilin oktyabrında 1 illik qarantiya ilə aldığı "Gigaset A415" ev telefonunin 2 aydır xarab olduğunu bildirib: "Ekrani demək olar işləmir. Ekrandakı yazıları zülümlə görmək olur. İstifadə üçün çox narahatdır. Apardım aldığım Əhmədli filialına, ordan da texniki xidmətə yönləndirdilər. Səhəri gün cavab gədli ki, bu telefonun içinə su düşüb. Düzəlməyəcək, gəl götür. Bu gün götürəndə baxıram ekranda ümumiyyətlə görüntü yoxdu. Təmirə gətirməmişdən qabaq heç olmasa zəng edəni, menyunu, hərfləri pis də olsa görürdüm. İndi ümumiyyətlə sıfır vəziyyətindədir. Texniki xidmətdəki işçi dedi ki, gətirəndə elə belə idi. Telefonu da götürüb kor-peşiman qayıtdım. Nə bilim, bəlkə də təmir zamanı ekranın evvəlkindən bərbad olmağı normaldı, amma istənilən halda müştəri üçün məmnuniyyətsizlikdir. Fakt o ki, təmirdən öncə telefona gələn zəngi sahibinin adını pis də olsa oxuya bilirdim, indi isə heç oxuya bilmirəm".
Kami Kami adlı başqa bir sosial şəbəkə istifadəçisi isə bildirir ki, bir ay əvvəl "İphone 11 pro" telefonu alıb: "Telefon alınan gündən servisdədir, hələ əlimizə alıb işlədə bilməmişik. Əlimizdə hər cür sübut var ki, telefon zavoddan nöqsanlı buraxılıb. Amma "Baku Electronics" cavab vermir.
Digər şikayətçilər isə aldıqları kondinsionerlərin gec gətirilməsindən, bəzən heç gətirilməməsindən və şirkətdən pullarını zorla geri ala bilmələrindən şikayətləniblər.
Qeyd edək ki, bu şikayətlər feybukdakı "Müştəriyəm şikayətim var" qrupunda yazılıb. "Baku Electronics"in bu sosial şəbəkədəki səhifəsi şikayətçilərdən əlavə məlumat istəsə də, istifadəçilər bunun mənasız olduğunu bildiriblər. İ.Kərimov qeyd edib ki, səhifənin mesaj bölümünə şikayəti haqda məlumat versə də, nəticəsi olmayıb.
Mağazalar şəbəkəsinin mövqeyini verməyə hazırıq.
İ.Kərimov