Ermənistanda qalmaqallı eks-deputat axtarışa verildi


Ermənistan parlamentinin keçmiş deputatı, iş adamı Arakel Movsisyan axtarışa verilib. Bu barədə "Johovurd" nəşri məlumat yayıb. Bildirilir ki, eks-deput iqtisadi problemlər yaşaması səbəbindən borclarını ödəyə bilmirmiş.


"Banklardan biri onu məhkəməyə verdi. Məhkəmə keçmiş deputata bir neçə dəfə çağırış vərəqəsi göndərsə də, cavab gəlməyib. Movsisyanın harada olduğu da bəlli olmayıb. Bundan sonra məhkəmə onu axtarışa verib", - nəşr yazıb.

Qeyd edək ki, 2018-ci ilin iyununda, məxməri inqilabdan bir müddət sonra qanunsuz silah saxladığı üçün Movsisyanın evində axtarışlar aparılmışdı. O zaman Movsisyan silahın Qarabağ müharibəsindən qaldığını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu