“Anadolu Qartalı – 2021” beynəlxalq təlimi başa çatdı


İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.


AFN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.

"Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin iki ədəd MiQ-29 və iki ədəd Su-25 təyyarəsi iştirak edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu