Qazilərin ciddi narazlığı var - "Qarabağ Qaziləri" İctimai Birliyinin bəyanatı


"Qarabağ qaziləri" ictimai birliyi Milli Məclisin 18 iyun iclasında müzakirə olunan məsələlərlə bağlı təkliflər verib.


İB-dən AFN-ə daxil olan məlumatda deyilir: "Qazilərlə bağlı vəziyyət çox gərgindir. Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Qazilərin ciddi narazlığı var. Səbəb: Nazirlər Kabineti 2015-ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliuev də mətbuata açıqlamasında etiraf edib bunu. Bütün problemlər buradan başalayıb. Yəni əvvəlki qərarla 2015-ci ilədək əlillik dərəcəsi alan Qazilər 2021-ci ildə təkrar müainəyə gələrkən 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla əlilliyə səbəb olan xeyli xəstəliklər siyahıdan çıxarılıb deyə, komissiya yenidən onlara əlillik dərəcəsi verə bilmir. Hazırda MM-də Əmək və Əhalinin Soaila Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihəsi qəbul edilsə belə, 2023-cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək!

Ona görə aşağıdakıları təklif edirik:

1) Çıxış yolu kimi NK-nın saxta 413 saylı qərarı ləğv edilib, yenisi (indi müzakirə edilir) qəbul edilənə qədər müainə vaxtı çatan Qazilərin əllik müddəti 1 il uzadılsın. Bu 1 ildə məsələlər tam aydınlaşana kimi Qazilər ac qalmasın. Bu təklif yeganə çıxış yoludu hələlik.

2) Son 44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış Qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək! Qalır hardasa 6 min əlillik dərəcəsi düşməyən yaralı. Onların da tam əksəriyyəti gənclərdi. Və onların tam əksəriyyəti hələ peşəsini, gələcək həyatını müəyyənləşdirməyib. Ona görə də təklif edirik ki, yaralılarımıza dəstək kimi 6 min nəfərin hər birinə 5 illik ayda 5 beş yüz (500) manat pul verilsin! Bu 5 ildə onlar özlərinə bir peşə, iş güc, güzəran qurarlar. Büdcəmiz buna imkan verir, heç kəs də o yana-bu yana yozmasın, qələbəmiz üçün canları yaralıdır onların!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu