Repetitor xidmətləri ilə bağlı yeni tələblər

Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.
AFN-in xəbərinə görə, bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə öz əksini tapıb.
Sənəddə daha sonra deyilir:
Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda
keçirilməlidir;
Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;
Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;
Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.