Hulusi Akar: “24 iyul 2015-ci ildən indiyədək 18 140 terrorçu məhv etmişik”


Türkiyə Silahlı Qüvvələri bu ilin əvvəlindən indiyədək 1212 terrorçu zərərsizləşdirib.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Türk Yüksək Hazırlıqlı Hərbi Dəstək Qüvvələri (TURMARFOR) Komandanlığı ilə görüşündən sonra çıxış edərkən bildirib.

Nazir deyib ki, Türkiyə PKK / YPG başda olmaqla İŞİD, FETÖ və digər terror təşkilatlarının yaratdıqları hər cür təhlükələrə qarşı mübarizə aparmaqdadır: “24 iyul 2015-ci ildən bəri terrorçuların "əlçatmaz" dedikləri hər yerə girilib. Bütün bu yerlər təmizlənib. 18 140 terrorçu həmin tarixdən bəri zərərsizləşdirilib”.

H.Akar aprelin 23-dən Türkiyədə başlayan “Şimşək pəncəsi” və “İldırım pəncəsi” əməliyyatlarının da planauyğun uğurla davam etdiyini vurğulayıb: “23 apreldən bəri Suriya və Şimali İraqda ümumilikdə 352 terrorçu zərərsizləşdirilib”, deyə nazir vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu