Gürcüstanda Azərbaycan sərhədinədək yol bərpa olunur


Gürcüstanda Saqareco-Udabno-David Qareci avtomobil yolunun 15 kilometrlik hissəsində layihələndirmə və bərpa işləri aparılır.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Azərbaycan sərhədinə qədər yol Kaxeti bölgəsinin Saqareco bələdiyyəsi ərazisində yerləşir.

Yolun yenidən qurulması həm yerli sakinlərin rahatlığı, həm də turizm baxımından vacib əhəmiyyət kəsb edir. Layihə çərçivəsində dağılmış yol hissəsi tam bərpa olunacaq, asfalt-beton örtüyü döşənəcək və yol nişanları quraşdırılacaq.

Dövlət büdcəsindən 6,4 milyon lari vəsaitin ayrıldığı layihə üzrə işlər bu ilin yayında başa çatdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu