İşğaldan azad olunmuş rayonlar üzrə dəmir yolu bərpa olunacaqmı? - RƏSMİ AÇIQLAMA
Hazırda işğaldan azad olunmuş rayonlar üzrə Horadiz Ağbənd istiqamətində Layihələndirmə işlərinə başlanılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova deyib.
O bildirib ki, işlərin Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətlərində həyata keçirilməsi nəzərdə tutulub:
“Hazırda bütün dövlət qurumlarda o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş rayonlarda layihələrin işlərinə başlanılıb.
Bütün dövlət qurumları ilə birlikdə mərhələli şəkildə tədbirlər görüləcək. Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısınsa bu çox yumşaqdır. Ağdam Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir.
İşğaldan əvvəl azad edilmiş dəmir yolunun mövcud olmuş yollarının bərpası, zərurət yaranarsa, layihələndirmə işləri aparıla bilər”.