Gürcüstanda şəhər meri istefa verib
Gürcüstanın Zuqdidi şəhərinin meri Giorgi Şengeliya vəzifəsini tərk edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
G.Şengeliya ölkədə mövcud siyasi vəziyyətdə mer postundan istefa verməsini məqsədəuyğun hesab etdiyini bildirib.
“Zuqdidinin vətəndaşı kimi öz şəhərimə bu və ya digər vəzifədə hər zaman xidmət edəcəyəm”,- sabiq mer yazıb.
Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının üzvü G.Şengeliya 2019-cu ilin mayında növbədənkənar seçkilərdə Zuqdidinin meri seçilib.