Yağışın altında avtobus gözləyən sərnişinlər: BNA hara baxır? - VİDEO


Bakıda avtobus dayanacaqlarının birində sərnişinlər acınacaqlı halla üzləşirlər.



Bu barədə BAKU.WS-in "qaynar xətti"nə yerli sakinlər tərəfindən məlumat daxil olub.

Belə ki, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayının qarşısında yerləşən dayanacağın damı sıradan çıxıb. Bununla da dayanacqda avtobus gözləyən sərnişinlər yağışlı havada su içində olmaq məcburiyyətində qalırlar.

Yerli sakinlərin dediyinə görə, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan dayanacaqda mövcud vəziyyət 2 aya yaxındır ki, davam edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu