Azad Rəhimovun son durumu: Ailəsi dedi ki...
Gənclər və İdman naziri Azad Rəhimovun son durumu açıqlanıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, nazirin vəziyyəti ağırdır: "Ailəsindən aldığım son məlumata görə, Azad müəllimin vəziyyəti ağır olaraq qalır".
Qeyd edək ki, Azad Rəhimov bu ilin yanvar ayında Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib. Durumu daha da ağırlaşan nazir bir müddət sonra onkoloji xəstələrin müalicə olunduğu hospitala köçürülüb.