Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb


Türkiyə Daxili İşlər Nazirliyi Şırnak və Hakkari əyalətlərində “Eren Cudi-Besta” və “Eren Kazan-Oğul” adlı genişmiqyaslı antiterror əməliyyatına başlayıb.



AFN “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Aksiya Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe Şimşek” və “Pençe Yıldırım” antiterror əməliyyatları ilə eyni zamanda keçirilir.

Əməliyyatda Daxili İşlər Nazirliyinin Jandarma Asayiş Komandanlığı, Jandarma Komandosu, Jandarma Xüsusi Təyinatlı Dəstəsi, Polis Xüsusi Təyinatlıları, Təhlükəsizlik Mühafizəçilərinin 5 280 şəxsi heyəti iştirak edir.

Bu il yanvarın 11-də Türkiyə daxilində başlamış “Eren” adlı antiterror əmıiyyatında indiyədək 22 terrorçu, terrorçularla əməkdaşlıq etmiş 75 nəfər tutulub, terrorçuların gizləndiyi 666 mağara, sığınacaq yeri və onlara məxsus silah-ursat anbarı məhv edilib. Bundan başqa, çoxlu sayda silah-sursat və ərzaq məhsulları ələ keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu