Mayın 8-də Şuşada parad keçirilməsi təklif olundu – “Təcili olaraq Türkiyə ilə...”


"Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik”.


Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu, bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq:

"Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaq.

Bunun tarixi anologiyası da var. Bilindiyi kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirib. Təcili olaraq Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik”.

Deputatın sözlərinə görə, Ramazan ayından sonra Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilmə variantını düşünmək olar:

"Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.

Qeyd edək ki, Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu