Sabah şəhərin mərkəzi küçələrində dezinfeksiya işləri aparılacaq


Sabah - aprelin 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.



Bu barədə AFN-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu