"YeloBank"ın zərəri getdikcə artır - Vahid Ələkbərovun vəsaitləri göyə sovrulur


“Yelo Bank”ın illərdir yığılmış zərəri daha da artıb.


Belə ki, adıçəkilən maliyyə qurumu 2019-cu ilin yekununda 276 milyon 556 min manat zərərdə olduğu halda 2020-ci ilin sonunda bu rəqəm 300 milyon manatı ötüb. Balans öhdəliklərinin kapital maddəsinə görə isə bankın səhm kapitalı 348 min manat təşkil edib.

Valyuta.Az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “YeloBank”ın kapitalı, idarə etməsi və ya strategiyası onu yığılmış zərərlərdən xilas edə bilmir. Bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərərlə başa vuduğuna görə, kapital maddəsindəki zərərini azalda bilmir, əksinə artırır. Bankın xalis zərərinin 1 il ərzində 39 milyon 816 min manat artması onun bundan sonrakı dönəmini səhmdardan asılı vəziyyətə salır. Səhmdar isə 1 il ərzində “Yelo Bank”da olan vəsaitinin 9.2%-ni itirib.

Bankın müşahidə şurasının sədri Marina Kulişova “YeloBank”ın mənfəətə çıxması üçün bankın idarə heyətində, daxili komitə və departamentlərində ciddi dəyişikliklər etdi. Bu dəyişiklik bir neçə ildən sonra səmərəsini verə bilər, amma bununla belə, bankın yaxın illərdə mənfəətə çıxması gözlənilmir. Çünki bankın 2020-ci ilin sonuna olan yığılmış zərəri 300 milyon manatı ötüb.

“YeloBank”ın əsas səhmdarı olan azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərovun 1 il ərzində cəmi aktivlərə görə faiz zərəri 9.2% olub. 431 milyon 239 min manatın qaşılığında 9%-dən çox vəsait itirən səhmdar cəmi kapitala görə də ciddi itkilər verib. Belə ki, Vahid Ələkbərov 1 il ərzində bankdakı cəmi kapitalına görə vəsaitinin 13%-ni itirib. 57 milyon 882 min manatın qarşılığında yüksək faizlər itirən səhmdarın maliyyə bazarındakı payı ciddi şəkildə azalıb.

Xatırladaq ki, Azərbaycan banklarında və ya Avropada yerləşdirilən xairici valyutadakı əmanətlər ən azı 1%-dən başlayır. Yəni V.Ələkbərov əldə olan vəsaiti yerli və ya Avropa banklarında əmanət olaraq yerləşdirsəydi, zərər əvəzinə ciddi gəlir əldə edə bilərdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu