İmişlidə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, İmişli rayon Hacırüstəmli kənd sakini Etimad Vəliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
E.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.