Oğuzda meşədə yanğın başlayıb
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz və Mollalı kəndləri yaxınlığında, dağətəyi ərazidə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Məlumata görə, yanğın hələ də davam edir.