BMT Baş katibindən çağırış: Bütün ölkələr Minalar Əleyhinə Konvensiyaya qoşulsun!


Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb.


BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik.

Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub: “Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram. Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayırma partlayıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik. BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu