İmişlidə qadına qarşı soyğunçuluq edilib
İmişli rayonunda soyğunçuluq hadisəsi olub.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 30-da Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq yolu ilə qəsəbə sakini G.Şahverənovanın içərisində 2 500 manat pulu, qızıl-zinət əşyaları və sənədləri olan çantasını talamaqda şübhəli bilinən həmyerlisi V.Quliyev müəyyən edilərək saxlanılıb.