Şuşada ermənilərin atıb qaçdığı silahlar tapıldı - FOTO


İşğaldan azad edilmiş Şuşa şəhərində erməni silahlı qüvvələrinin müharibə zamanı atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb.



DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu