"Lüksemburq XİN başçısı erməni propaqandasının tezislərini təkrarlayır" - XİN


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Lüksemburq xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala verdiyi cavabını şərh edib.


AFN-in xəbərinə görə, XİN-in açıqlamasında deyilir:

Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.

Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır.

Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu