İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb


Ermənistanın Sünik vilayətində Qafan-Gorus avtomobil yolunda İran İslam Respublikasına məxsus yanacaqla dolu avtosistern aşıb.



AFN xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

“Scania” avtosisternin qoşqusu Qafan-Gorus yolunun 25-ci kilometrində aşarkən yanacaq sızması baş verib. Avtomobili İran vətəndaşı İsmayıl Makdi idarə edirmiş.

Hadisə yerinə Ermənistan FHN-in yanğınsöndürən-xilasetmə dəstəsi cəlb edilib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu