Yağan qar Bakı-Şamaxı-Yevlax yolunun bağlanmasına səbəb oldu


Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb.



Bu sözləri AFN-ə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşayiət olunur, yollar buz bağlayıb:

“Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu