Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - - VİDEO


İctimai nəqliyyatda yeni tarif mexanizmi imkan verəcək ki, əhalinin müəyyən kateqoriyası tam, müəyyən kateqoriyası isə bir neçə faiz gediş haqqından azad olunsun.



AFN xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə müsahibəsində nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O bildirib ki, mexanizm barədə konkret detallar açıqlanmayıb deyə, bu qərarın əhali arasında qiymət artımı kimi başa düşülməsi təbiidir:

"Bu sahədə çalışan sahibkarlar, ictimai nəqliyyatı tənzimləyən dövlət qurumları istəyirlər ki, gediş haqqı qaldırılsın. Lakin bu məsələ hökumətin səlahiyyətində olan məsələdir.

Biz uzun müddətdir ki, ictimai nəqliyyatda sərnişinlər arasında müəyyən güzəştlər tətbiq edilən şəxslərin olmasını müzakirə edirdik. Çünki elə kateqoriyada olan insanlar var ki, onlar ümumiyyətlə ictimai nəqliyyatın ödənişindən azad olunmalıdır, eləsi də var ki, müəyyən güzəştlər tətbiq edilməlidir.

Bütün bunların xərcini isə onların əvəzinə dövlət qarşılayacaq. Düzdür, hazırda əsgərlər və vəzifə başında olan polis əməkdaşları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Yeni mexanizm bu dairəni ola bilsin ki, genişləndirsin".

Ekspert onu da qeyd edib ki, yeni mexanizmin tətbiq edilməsi üçün avtobuslarda nağdsız ödənişlər 100 faiz təmin olunmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu