Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib
![](https://static.report.az/photo/7f2a366f-ccff-3f32-bda9-411f17ddaef4_850.jpg)
Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
“Report”un məlumatına görə, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Belə ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.