Bayden Ağ Evi “qızıl qəfəs” adlandırıb


ABŞ prezidenti Cozef Bayden Ağ Evdəki həyatını “qızıl qəfəs” adlandırıb.



Bu barədə AFN-ə “Associated Press”ə istinadən xəbər verir.

Siyasətçi hələ də birinin ona palto uzatdığına alışa bilmədiyini vurğulayıb. Bayden Barak Obama administrasiyasında vitse-prezident vəzifəsində çalışdığı dövrdə Oval Ofisdə yüz dəfədən çox olduğunu, lakin əvvəllər Ağ Evin yaşayış yerlərində olmadığını açıqlayıb. Onun sözlərinə görə, ora vitse-prezidentin iqamətgahından xeyli fərqlənir.

Bununla belə, Bayden prezidentliyə artıq alışdığını söyləyib: “Bəzən işlər çox sürətlə baş verdiyi üçün elə bilirsən artıq dörd il keçib”.

Qeyd edək ki, C.Bayden yanvarın 20-də and içərək rəsmən prezident vəzifəsinin icrasına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu