Bu gün Azərbaycanın Baş prokuroru Ərdoğanla görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.



AFN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib. Məqsəd iki ölkə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu