“Azərpoçt”un direktor müvini işdən çıxdı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev işdən çıxıb.



Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, E.Verdiyev “Azərpoçt”da 6 ildir ki, işləyir. O, 2015-2020-ci illərdə şirkətin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi işləyib, ötən il martın 3-dən isə baş direktorun müavini vəzifəsinə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu