Kommunal sahədə qiymətlərin tənzimlənməsi Milli Məclisə verilə bilərmi? - ŞƏRH


Deputat Tahir Kərimli içməli suyun qiymətinin iki dəfə qaldırılması ilə bağlı parlamentin bugünkü iclasında sərt çıxış edib.



AFN xəbər verir ki, T.Kərimli bu cür qərarlarla hansısa qüvvələr müharibədə qazandığımız qələbələri xalqın gözündən salmağa çalışırlar: "Tarif Şurasının qərarını əvvəldən bilmək olmur, zəlzələ kimi. İnsan içinə çxmaq olmur. Hamı deputatlardan soruşur.. Soruşmaq lazımdır ki, hansı hüquqa söykənərək, qiyməti qaldırır?! Mən bununla bağlı narahatlığımı bildirəm. Bu iş belə gedə bilməz. Prezidentin gördüyü işlərə kölgə salırlar".
Deputat təcili Tarif Şurasını ləğv olunmasını, yaxud qiymətlərlə bağlı məsələlərin Milli Məclisə verilməsini tələb edib.
Tənzimlənən qiymətlərlə bağlı tarixlərin dəyişdirilməsi Milli Məclisə verilə bilərmi? Dünya təcrübəsində belə hal varmı? Məsələ ilə bağlı fikirlərini aldığımız iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, belə bir təcrübə yoxdur: "Amma bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda kommunal xidmətlərin tənzimlənməsi üzrə dövlət agentliyi var və kollegial qurum tərəfindən idarə olunur. Kommunal sektorda qiymətlərin tənzimlənməsilə də bu qurum məşğul olur. Mən Azərbaycan üçün məhz bu variantı məqbul sayardım".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu