Ova cəhd edən şəxs cəzalandırılıb


Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.



"Report" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu