Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, R.Quluzadə Prezident Administrasiyasının İşlər müdiri təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər Prezidentin İşlər müdiri Energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov idi.