Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı


"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam klubu ilə vidalaşıb.


AFN-in məlumatına görə, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

İbrahimov 15 ildən sonra "Qarabağ"dan ayrıldığını yazıb: "15 illik “Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanın 1 göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirolunmazdır".

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu