Daxili Qoşunların şəhid olan çavuşu

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların çavuşu Şahbazov Abbas Cavad oğlu Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
A.Şahbazov 13 noyabr 1996-cı ildə İmişli rayonunun Qulubəyli kəndində doğulub.
2020-ci il noyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!